Haqqımızda

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” 

              Ulu öndər Heydər Əliyev

 

Təsisçidən

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunu inkişafı və əsasən də ixrac yönümlü istehsal prosesinin təkmilləşdirilməsi istiqamətində əsaslı işlərin görülməsi üçün güçlü iqtisadi siyasət yürütməkdədir. Məhz bu iqtisadi siyasətin nəticəsidir ki, iqtisadiyyatımız sürətlə inkişaf edir.

 

Yaranan iqtisadi şərait və sahibkarlara göstərilən xüsusi diqqətin nəticəsi olaraq 2017-ci ildə “Ünsan Qida Sənaye” MMC yaradılmışdır. Şirkətimiz əsasən daxili bazar və ixrac yönümlü qənnadı məmulatların, şərq şirniyyatlarının istehsalı prosesinin təşkilini həyata keçirir. İstehsal prosesinin həyata keçirilməsi üçün xaricdən ölkəmizə müvafiq standartlara cavab verən avadanlıqlar gətirilmişdir.

 

“Ünsan Qida Sənaye” MMC-yə Azərbaycan Respublikasının Qida Təhlüksizliyi Agentliyi tərəfindən müvafiq icazələr verilmişdir.